A–
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjadan AZƏRTAC-a bildiriblər ki, 10 investor tərəfindən 20 sifariş təqdim olunub və sifarişlərin nominal üzrə ümumi məbləği 35 milyon 819 min 200 manat təşkil edib. Sifarişlər 88.9200 (gəlirlilik 25.1966 faiz) və 94.3543 (gəlirlilik 12.0992 faiz) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.0000 (gəlirlilik 15.2201 faiz) orta ölçülmüş qiymət 93.6107 (gəlirlilik 13.8016 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 16.03.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon manat məbləğində müəyyən edilib. İstiqrazlar sentyabrın 13-də ödəniləcək.
AZERTAG.AZ :Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib