Bir müddət öncə 1700 manatlıq ayaqqabısı ilə gündəmə gələn tanınmış müğənni Natavan Həbibiyə aşıq Telli münasibət bildirib. O, bu haqda Milli.Az-a danışıb:

"Mən Natavanı çox istəyirəm, onu harada görürəmsə, öpüb-qucaqlayıram. Ola bilər ki, Natavan o qiymətə ayaqqabı geyinsin. Niyə də olmasın ki? Əgər o ayaqqabı Natavanın xoşuna gəlibsə, qoy ondan da bahalısını alsın. Deyə bilmərəm ki, 5-10 minlik geyim, yaxud ayaqqabı geyinirəm. Əgər bir geyim mənə yaraşırsa, onun qiyməti mənim üçün önəm daşımır. Şərt o deyil ki, mütləq brend olmalıdır. Nə geyinib-geyinməməyindən asılı olmayaraq əsas odur ki, insanın daxilin gözəl olsun".

Əli Rəhimoğlu
Milli.Az