A+
A–

Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS (ESFIDIP) layihəsi çərçivəsində təlim-seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə layihə çərçivəsində görülən işlər, eləcə də ADİU-da təhsil alan əlilliyi olan tələbələrə göstərilən xidmətlərin yaxşılaşdırılması üçün inklüziv təhsil mühitinin yaradılması müzakirə olunub.
Əlillər Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının vacibliyini vurğulayıb və ADİU tərəfindən bu istiqamətdə zəruri olan tədbirlərin həyata keçirildiyi qeyd edib.
Görüşdə bu sahədə maarifləndirmə işlərinin aparılması, tələbələrin karyera perspektivlərinin inkişaf etdirilməsi müzakirə olunub.
Ə.Muradov ADİU-da digər ali təhsil müəssisələri nümayəndələri üçün analoji təlimlərin təşkil olunmasını təklif edib. Rektor bildirib ki, ADİU bu istiqamətdə regionlarda da təlimlər keçirə bilər.
AZERTAG.AZ :ADİU-da fiziki məhdudiyyətli tələbələrin təhsili ilə bağlı pilot proqramlara başlanılıb