"ATV maqazin onlarla" verilişinin "Fashion" rubrikasının növbəti qonağı aşıq Samirə Əliyeva olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi milli geyiminin dizaynının özünə aid olduğunu deyib:
"Bu geyimin modelyeri özüməm. Hər şeyini özüm seçib, dərziyə tikdirmişəm. Sintez başımdakı aksessuardır. Nə dərəcədə yaxşıdır, pisdir - mütəxəssis deyəcək".
S.Əliyevanın libası haqda modelyer Gülnarə Xəlilova iradlarını bildirib:
"Rəng uğurlu seçilib. Paltardakı ətək, yaxa modeli geyimə uyğun seçilib. Qolları milli geyim üçün qısadır. Bu da yəqin, sənəti ilə bağlıdır. Sazı tutanda rahat olsun deyə Samirə belə edib. Çalma da bizim orta əsrlərdəki geyim nümunələrimizdə istifadə olunur. Sırğalarını bəyəndim. Amma üzərində qızılı rəng çox olsa, daha yaxşıdır. Bir az qolbağında qarışıqlıq var. Milli üsluba yaxın qolbaq taxsa, yaxşı olardı".
Milli.Az
