Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın nişanlanması xəbəri dolaşır.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, Günel türk vətəndaşı ilə ciddi münasibət yaşayır. Bu münasibət isə nikah masasına qədər gedib çıxa bilər. Günel 233 min izləyici olan rəsmi İnstaqram səhifəsində ara-sıra sevgi dolu paylaşımlar edir.

Şəkillərdən göründüyü kimi, Günelin ciddi münasibətdə olduğu bəyin adı O hərfi ilə başlayır. Məsələni dəqiqləşdirmək üçün Günellə əlaqə saxladıq. İfaçı bu xəbəri bir cümləsi ilə şərh etdi: "Nişan olsa, hər kəsin xəbəri olacaq".

Onu da vurğulayaq ki, Günel daha öncə nişanlı olub.

Milli.Az

Azəri qızı Günel nişanlanıb? - FOTO