"Fənərbağça"nın yarımmüdafiəçisi Luis Nani "Mançester Yunayted"də çıxış etdiyi vaxt Kriştianu Ronaldunun ona dəstəyindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu Ronaldu barədə bunları deyib: "2007-ci ildə Andersonla birgə "Mançester Yunayted"ə transfer olunduq. İlk vaxtlarda Ronaldunun evində yaşayırdıq. Bizim üçün bu çox vacib idi, çünki biz gənc, o isə artıq yetərincə təcrübəli futbolçu idi. Kriştianunun İngiltərədəki həyat tərzindən başı çıxırdı, şəhərin küçələrini tanıyırdı, paparatsilərin daim oyunçuları izlədiyini yadımıza salırdı. Portuqaliya ilə müqayisədə burada çox şey fərqli idi. Ronaldu mənə çox kömək edirdi, məşqlərdə tez-tez məsləhətlər verirdi. Onun dəstəyi çox önəmli idi. Belə bir həmvətənimin olduğuna çox sevinirdim. Kriştianunun sayəsində MU-də özümü daha əmin hiss edirdim".

Milli.Az