Aşıq Samirə Əliyeva növbəti dəfə ailə həyatı qurmağa hazırlaşması barədə xəbərlərə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan aşıq bildirib ki, bundan sonra barəsində əsassız məlumatlar yazanlar hüquq mühafizə orqanları qarşısında cavab verməli olacaq: “Neçə gündür ki, əsəbiyəm. Yer axtarırdım ki, ürəyimi boşaldam. Şəxsi həyatım barəsində yalan məlumat yaymışdılar. Həmin gün o məlumata düzəliş etdilər, amma yenə yalan oldu. Bu günə qədər şəxsi həyatım barədə ünvanlanan bütün suallara cavab vermişəm. Amma bu gündən bildirmək istəyirəm ki, barəmdə yalan məlumat yazanlar cəzalanacaq. Sonra deməyin ki, Samirə demədi. Şəxsi həyatımdan bir kəlmə yazılsa, məndən inciməyin. Artıq bu işlə bağlı vəkillə müqavilə də bağlamışam. Çünki artıq bezdim. Kiminsə səhlənkarlığına görə mənim ailəm, pərəstişkarlarım stress keçirir. Mən evdə iki övlad böyüdürəm. Bu qədər vicdansız olasan ki, mənim adıma ləkə yaxasan. Məni yandıran odur ki, aşıq sənətində heç kimin etmədiyini etmişəm, amma sənətimdən, uğurlarımdan yox, şəxsi həyatımdan yazırlar”.

S.Əliyeva ikinci həyat yoldaşı Rizvan Məmmədovla barışması xəbərini isə təsdiqləyib: “Barışıq olub. Biz heç küsülü də deyildik. Barışdığımızı maqazin proqramlarında da demişdik. Artıq bu söhbət bitsin”.

Qeyd edək ki, cütlük 2013-cü ilin dekabrında boşanmışdı.

Aşıq Samirədən jurnalistlərə qadağa: "Şəxsi həyatımdan yazılsa..."