Rusiyalı müğənni Valeriyanın İnstaqramda paylaşdığı bikinili fotosu birmənalı qarşılanmayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı qara bikinidə su və qürubun fonunda foto çəkdirib. Üç uşaq anası, 47 yaşlı Valeriya "MAXIM" jurnalı üçün fotokamera qarşısına keçdiyini bildirib:

"...Qürub, romantika... Bu, həyatda bir dəfə olur. Oraya getmək istəsəm də, vaxtım yoxdur... Amma artıq öz okeanım var".

İzləyicilərin bəzisi fotonu tərifləsə də, tənqid edənlər də olub. Onlar "foto-oboyun qarşısında, fotoşopla düzəldilmiş..." yazıblar. Bəziləri isə "gözəl qadınsan, amma bikinili fotoya ehtiyac yox idi" tərzində şərh bildiriblər.

Milli.Az

47 yaşlı müğənninin bikinili fotosu bəyənilmədi - FOTO