“İTV”də yayımlanan “Antrakt” verilişinin növbəti qonağı aşıq Samirə Əliyeva olub.

Axşam.az-ın məlumatına görə, sənətçi yaradıcılığından, müəllimlərindən, mükafatlarından bəhs edib.
S.Əliyeva keçmişini hər zaman xatırladığını bildirib. O, estrada oxumasına da aydınlıq gətirib:

“Mən keçmişə tez-tez boylanmağı sevirəm. Onları görüb, addım atmağı xoşlayıram. Estrada sahəsində də təhsil almışam. Mən hərdən özüm öz müəllimim oluram".

Qeyd edək ki, aparıcılığını kamran Quliyevin etdiyi verilişə həftənin bazar günü saat 21:50-də İTV-də izləyə bilərsiniz.