Qalmaqalları ilə çoxlu mmüzakirələrə və tənqidlərə səbəb olan "Evleneceksen Gel" proqramı dünən də gündəmə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, Star TV-də Seda Sayanın aparıcı olduğu proqramda iştirakçılar arasında dava düşüb. Dərhal yayım kəsilərək efirə anonslar verilib.
Qeyd edək ki, Türkiyənin ali televiziya qurumu olan RTÜK son zamanlar evlilik proqramları ilə bağlı çoxlu şikayət aldığını deyib.