Azərbaycan “Sağlam həyat tərzinin inkişafı” mövzusunda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan “Sağlam həyat tərzinin inkişafı” mövzusunda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
21:18 19 Fevral 2015
208 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəstəyi ilə bu quruma üzv olan İctimai birliklərin nümayəndələri “Sağlam həyat tərzinin inkişafı” mövzusunda İzmirdə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.
ARGTMŞ-dan AzərTAc-a bildiriblər ki, Şuranın tərəfdaşı olan Türkiyənin “Ege Pedal Spor Klübü” tərəfindən təşkil edilən tədbirə Azərbaycan ilə yanaşı, Rumıniya, Ukrayna, Polşa, Gürcüstandan da nümayəndələr qatılıblar.
Məqsəd Avropada sağlam nəslin yetişməsinə dəstək vermək, gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği olub. Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviqi də tədbirin əsas məqsədlərindən birini təşkil edib.
Tədbirdə Azərbaycan gəncləri arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlər, eyni zamanda, Şuranın bu sahədə fəaliyyəti haqqında məlumat verilib. Həmçinin Azərbaycan dövlətinin gənclər arasında sağlam həyat tərzinin təbliğinə göstərdiyi xüsusi diqqət və qayğı iştirakçıların diqqətinə çatdırılıb.
Mövzu ilə bağlı seminar, təlim və işçi qrupların təşkil olunduğu tədbirdə iştirakçı ölkələrdə sağlam həyat tərzinin inkişafına dair fikir mübadiləsi aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Saglam_heyat_terzinin_inkisafi_movzusunda_kechirilen_beynelxalq_tedbirde_temsil_olunub-833529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR