"İnter"lə "Simurq" büdrədi

"İnter"lə "Simurq" büdrədi
23:26 19 Fevral 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.

Artıq 3 oyun başa çatıb. Günə AZAL - "İnter" oyunu ilə start verilib - 1:1. Hesabı 1-ci dəqiqədə Freddi Mombonqo açıb. 18-ci dəqiqədə Junior Nildo bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb.

Ardıcıl 3 oyunda məğlub olan "Qəbələ" "Xəzər Lənkəran"ı qəbul edib. Hesabı 33-cü dəqiqədə qonaq komandadan Sadio Tounkara açıb. "Qəbələ" buna 48-ci dəqiqədə Ekiqo Ehiosunun qolu ilə cavab verib. 78-ci dəqiqədə Ruslan Abışov komandasını hesabda önə keçirib. 90+3-cü dəqiqədə isə Urfan Abbasov son nöqtəni qoyub - 3:1.

Eyni saatın digər oyununda "Simurq" "Sumqayıt"ı sınağa çəkib. Zaqatalada baş tutan oyunda ilk qolu qonaqlar vurub. 38-ci dəqiqədə fərqlənən Məhəmməd Qurbanov "Sumqayıt"ı hesabda önə keçirib. İlk yarının sonunda Draqan Çeran bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu gün həmçinin "Neftçi" - "Qarabağ" matçı baş tutub (bu barədə başqa хəbərdə oхu). "Bakı" isə bu turda istirahət edib.

Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXIII tur

19 fevral
AZAL - İnter 1:1
Qollar: Freddi Mombonqo, 1 - Junior Nildo, 18.

Qəbələ - Xəzər Lənkəran 3:1
Qollar: Ekiqo Ehiosun, 48. Ruslan Abışov, 78. Urfan Abbasov, 90+3 - Sadio Tounkara, 33.

Simurq - Sumqayıt 1:1
Qollar: Draqan Çeran, 45+1 - Məhəmməd Qurbanov, 38.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR