Özündən 20 yaş kiçik həmyerlisini qanına qəltan etdi

Özündən 20 yaş kiçik həmyerlisini qanına qəltan etdi
09:12 20 Fevral 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 55 yaşlı Akif Aslanov şəxsi münasibətlər zəminində özündən 20 yaş kiçik həmyerlisi Fazil Məhərrəmovu bıçaqlayıb. Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda F.Məhərrəmovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Cinayəti törədən Akif Aslanov isə polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/325593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR