Sumqayıt sakini Bakı polisini ayağa qaldırdı

Sumqayıt sakini Bakı polisini ayağa qaldırdı
10:46 20 Fevral 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində Sumqayıt sakinindən silah və patron götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi, cinayət axtarış şöbəsi və 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinindən 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxt saxlanılıb.

Saxlanılan şəxsdən Naqan tipli “Revolver” markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR