Yanvar ayında Azərbaycana idxal edilən malların 77,3 faizi uzaq xarici ölkələrdən daxil olub

Yanvar ayında Azərbaycana idxal edilən malların 77,3 faizi uzaq xarici ölkələrdən daxil olub
11:53 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Yanvar ayında Azərbaycana idxal edilən malların 77,3 faizi və ya 7,1 milyard dolları uzaq xarici dövlətlərdən, 22,7 faizi (2,1 milyard dolları) MDB ölkələrindən daxil olub.
Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, ölkəmizə gətirilmiş malların 28,1 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, 8,8 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 13,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 4,6 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 9,7 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7,8 faizini kimya sənayesi məhsulları, 4,6 faizini bitki mənşəli məhsullar təşkil edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_ayinda_Azerbaycana_idxal_edilen_mallarin_773_faizi_uzaq_xarici_olkelerden_daxil_olub-833590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR