Erməni hərbi qüvvələrinin törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbi qulluqçularımız son mənzilə yola salınıblar

Erməni hərbi qüvvələrinin törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbi qulluqçularımız son mənzilə yola salınıblar
00:08 6 Aprel 2016
289 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 2-dən etibarən erməni hərbi qüvvələrinin törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbi qulluqçularımız böyük izdihamla son mənzilə yola salınıblar.
Füzuli istiqamətində gedən döyüşlərdə həlak olan 32 yaşlı zabit Novruzov Mirzə Sərvər oğlunun da nəşi Bakıya gətirilərək, ikinci Fəxri xiyabanda dəfn olunub.
Şəhidimizi son mənzilə yola salmağa gələn ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Məclisin deputatları və Müdafiə Nazirliyinin əməkdaşları, eləcə də hərbçilər Vətən uğrunda həlak olan qəhrəmanımızın şücaətlərindən danışıblar.
Dəfn mərasimində Müdafiə Nazirliyinin Hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Havaya yaylım atəşi açılıb.
Torpağa tapşırılan qəhrəmanımızın cəsarətindən onu tanıyanlar ağız dolusu danışıblar.
Onların valideynlərinə belə qəhrəmanlar yetişdirdikləri üçün təşəkkür edən şəhidimizi son mənzilə yola salmağa gələn insanlar şəhidlərimizlə qürur duyduqlarını bildiriblər.
Azərbaycanda belə gənclərin çox olduğu və onların Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı dərhal işğaldan azad etməyə hazır olduqları vurğulanıb.
Sonra şəhidlərimizin ruhuna dualar oxunub.
Baş leytenantın tabutu üzərindəki üçrəngli Dövlət Bayrağı isə əbədi xatirə kimi saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
Allah rəhmət etsin.
X X X
Binəqədi rayonunda şəhid Cabbarxan Hacıağayevin izdihamlı dəfn mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
19 yaşlı əsgər Cabbarxan İlham oğlu Hacıağayev Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin atası İlham Hacıağayev oğlunun qanının yerdə qalmayacağını inandığını vurğulayaraq deyib: “Vətən sağ olun. O gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun”.
Dəfn mərasimində şəhidin ruhuna dualar oxunduqdan sonra cənazə Xocasən qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb.
Şəhidin cənazəsinin üzərinə örtülən Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün atasına təhvil verilib.
Hərbiçilər tərəfindən şəhidin xatirəsinə havaya yaylım atəşi açılıb.
X X X
Təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan milli ordunun əsgəri Müşfiq Arif oğlu Orucov da son mənzilə yola salınıb. 1994-cü il təvəllüdlü şəhid Müşfiq Orucov 2015-ci ilin iyununda Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib. Şəhidin yaxınları ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, ali təhsil ocaqlarını rəhbərləri, zabit və əsgərlər, icra strukturları və hüquq mühafizə orqanlarının təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və şəhər sakinləri qəhrəman Vətən oğlunu son mənzilə yola salmaq üçün onun yaşadığı evin qarşısına toplaşıblar.
İşğal olunmuş torpaqlarımızının tezliklə geri alınacağına inamlarını ifadə ediblər. 
Milli ordunun əsgəri Müşfiq Orucov böyük izdihamla son mənzilə yola salınıb.
Sonra şəhidin cənazəsi Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutu üzərinə çəkilən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq atasına təqdim edilib.
AZERTAG.AZ :Erməni hərbi qüvvələrinin törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbi qulluqçularımız son mənzilə yola salınıblar



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermeni_herbi_quvvelerinin_toretdiyi_texribatlar_neticesinde_sehid_olan_herbi_qulluqchularimiz_son_menzile_yola_saliniblar-940514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR