Zibilin içindən əl qumbarası və tapançalar tapıldı (FOTO)

Zibilin içindən əl qumbarası və tapançalar tapıldı (FOTO)
12:18 20 Fevral 2015
214 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu həftə ərazində Bakıda məişət tullantıları arasından əl qumbarası, pnevmatik tapançalar, 200 ədədə yaxın patron aşkar edilib.

“Təmiz Şəhər” ASC-dən Trend-ə verilən məlumata görə, ASC-nin tullantıların çeşidlənməsi zavodunda işçilər ümumi tullantı kütləsi arasında təhlükəli əşyalar olduğunu müəyyən ediblər. Şəhərdən yığılmış tullantılar çeşidlənərək həmin silahlar və silah hissələri tullantılardan ayırılıb.

Aşkarlanmış silah hissələri bunlar olub: 2 ədəd pnevmatik tapança, 1 ədəd F1 əl qumbarasının korpusu, 1 ədəd avtomat darağı, 7 ədəd 5.45 mm çaplı patron, 174 ədəd 7.62 mm çaplı patron. Zavoda polis dəvət olunub və fevralın 20-də tapıntılar təhvil verilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-yə aid tullantıların çeşidlənməsi zavodu Bakıdan toplanmış tullantıları qəbul edib onları kağız, şüşə, plastik, əlvan metal, dəmir və s. formasında çeşidləmək işini həyata keçirir. Daha sonra çeşidlənmiş materiallar xammal kimi istifadə olunaraq yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir. Xammal kimi yararlı olmayan hissələr isə tullantıların yandırılması zavodunda yandırılaraq elektrik enerjisi istehsal edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR