Qubad İbadoğlu: “Xəyyam Məmmədin hərəkətlərində şübhə doğuran məqamlar var idi”

Qubad İbadoğlu: “Xəyyam Məmmədin hərəkətlərində şübhə doğuran məqamlar var idi”
12:32 20 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:27 ]


Bakı. Etibar Məmmədov – APA. “Xəyyam Məmməd təxminən 5 gün əvvəl, mən səfərdə olanda öz təşəbbüsü ilə ADR-in "Gənclər Qrupu"nu yaradıb. Onun bu istiqamətdə təşəbbüsü və sədr seçilməsi üçün cəhd göstərməsi ilə dünənki açıqlaması arasında bir məntiqsizlik var. Yəni ki, bu adam həqiqətən səmimi olsaydı, bununla bağlı heç bir müzakirədə iştirak etmədən, siyasətimiz, kursumuz barədə heç bir sənəd ortada olmadan belə gülünc bəyanatla çıxış etməzdi. Məqsədli şəkildə özü bu prosesə qoşulub, əvvəldən də hərəkətlərində şübhə doğuran məqamlar var idi”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu bəzi üzvlərinin istefasına münasibət bildirərkən deyib. O, X. Məmmədin başqa məqsədlərinin olduğunu əvvəlcədən hiss etdiklərini söyləyib: “Mənim burada olmamağımdan istifadə edərək belə bir təşəbbüs qrupunun yaradılması ideyası ilə çıxış edib. Gənclər qrupuna sədr seçilmək üçün hər vasitəyə əl atmışdı. Mənə verilən məlumata görə, onun açıqladığı siyahıda olan 5 nəfərdən 3-ü istefadan xəbərsiz olduğunu bildirib. Səfərdən qayıtdıqdan sonra onunla görüşməmişəm, aramızda heç bir müzakirə olmayıb. Özü iclaslarda iştirak etmək üçün cəhd edirdi. Biz dəfələrlə ona xatırlatmışıq ki, siz Təşkilat Komitəsinin üzvü deyilsiniz, o isə bildirirdi ki, mənə maraqlıdır. Bundan sonra biz müəyyən mənada hiss edirdik ki, bu şəxsin başqa məqsədləri də var".

 

Qeyd edək ki, X. Məmməd APA-ya göndərdiyi bəyanatda ADR-in tutduğu mövqenin milli deyil, qərbyönümlü olduğu üçün hərəkatdan ayrılmaq haqqında qərar verdiklərini vurğulayıb.

 

Xatırladaq ki, fevralın 21-də ADR-in təsis konfransı keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR