Elnur Azərbaycanı "Evrovision"da təmsil edəcək? - İTV-dən AÇIQLAMA

12:42 20 Fevral 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

"O ses Türkiyə" yarışında bir milyon səs toplayaraq rekord qıran fəxrimiz Elnur Hüseynovun yenidən "Evrovision 2015" yarışına qatılacağı barədə türk mediasında silsilə yazılar dərc olunmaqdadır. Türkiyə mətbuatında dərc olunan materialların nə dərəcədə həqiqəti əks etdirməsi ilə bağlı məlumatı dəqiqləşdirmək istədik. Həmyerlimiz Elnur Hüseynovun builki "Evrovision" yarışmasında iştirak edib-etməyəcəyi barədə İctimai Televiziya rəsmisindən açıqlama aldıq.

Milli.Az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları şirkətinin ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinin icraçısı Akif Cabbarov atvxeber.az-a açıqlamasında bildirib: "Xeyr, belə bir rəsmi məlumat yoxdur. Bu, Türkiyə mediasının öz təxəyyülünün nəticəsidir. Əgər elə bir şey olarsa, məlumat veriləcək. Hələ ki, elə söhbət yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR