Bakı zooparkına kombi çəkildi (VİDEO)

Bakı zooparkına kombi çəkildi (VİDEO)
15:11 20 Fevral 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Şaxtalı hava şəraiti ilə əlaqədar Bakı zooparkında qışa tədarük görülüb.

ANS TV-nin məlumatına görə, Bakı heyvanat parkının sakinləri qışa tədarükü əsasən heyvanların yuvalarına xüsusi diqqət ayrılımaqla başlayıblar. Bəzi heyvanların yuvalarına istilik xətləri, bəzilərinə isə kombi çəkilib.

Zooparkın daimi sakinlərindən olan ilanların yuvasında da istilik sistemləri quraşdırılıb. Soyuqdan mühafizə olunan tək sürünənlər deyil, həm də şüşə içərisində saxlanılan bərbəzəkli eqzotik quşlardır. Zooparkın ən təhlükəli sürünəni olan timsah da unudulmayıb. Onun yerləşdiyi vannanın döşəməsindən keçən istilik xətlərinin suyu döşəməni isidirdi, üstəlik məkanda elə par yaratmışdı ki, hətta kameramızın obyektivi tərləmişdi.

Zooloji parkın müdiri Azər Hüseynov deyir ki, heyvanlar üçün bundan da yaxşı şərait yaratmaq mümkündür, sadəcə zooparkın sahəsi buna imkan vermir.

Heyvanların mühafizəsi və soyuqdan qorunması üçün heyvanat parkında təmir işləri aparılır. Xüsusilə evi olmayan tülkü və porsuqlar üçün hazırda yuvalar tikilir.



Mənbə
ANS TV, Vəfa Təyyarqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR