Aprelin 8-də Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrə dəstək nümayiş etdirmək üçün Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət keçən əsgərlər üçün bir qrup incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olundu.

Milli.Az bildirir ki, konsert proqramının açılışında hərbi hissənin əsgər və zabitləri adından çıxış edən şəxsi heyət üzrə komandir müavini Namiq Cavadov Azəbaycan odusunun yüksək hazırlıq səviyyəsində və böyük ruh yüksəkliyində olduğunu vurğuladı. Qeyd etdi ki, qarşınızda duran bu əsgər və zabitlər baş vermiş məlum erməni təxribatının qarşısını almaq üçün mərdliklə döyüşmüş, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etmiş və işğal altında olan strateji məntəqələrin azad olunmasında layiqincə iştirsk etmişlər. Namiq Cavadov həmçinin konsertin təşkil olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda nümayiş etdirdikləri həmrəyliyə görə isə bütün ölkə əhalisinə öz minnətdarlığını ifadə etdi.

Musiqiçilərimiz də son günlər cəbhədə baş verən erməni təxribatının qarşısını alan və düşmənə layiqli cavab verən Silahlı Qüvvələrin əsgər və zabitləri önündə çıxış etməkdən qürür hissi keçirdiklərini bildirdilər. Bu günlərdə bütün ölkə əhalisinin ordumuz ilə həmrəy olduğunu qeyd edərək, mədəniyyət işçilərinin də əsgərlər qarşısında çıxış etmələrinə borclu olduğunu vurğuladılar.

Azərbaycan Ordusununa dəstək nümayiş olunan konsert proqramında Ayaz Qasımov, Sevil və Sevinc bacıları, Nadir Qafarzadə, Rəqsanə İsmayılova, Yaşar Yusub, Rahidə Baxışova, Zemfira İbrahimova vətənpərvər milli musiqilər ifa etdilər. Həmçinin əməkdar artist Səbuhi İbayevin ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirildi. Onu tarda Rövşən Qurbanov və kamançada Ceyhun Muradov müşayiət edirdilər. Rəqqasə Fatimə Fətəliyevanın təqdim etdiyi milli rəqslərimizdən nömrələr konsert proqramına daha da rəng qatdı.

Yüksək əhval-ruhiyyədə olan əsgərlər incəsənət ustaları ilə birlikdə rəqs etdilər.

Milli.Az

Sevil və Sevinc, Nadir, Rəqsanə, Fatimə əsgərlərlə - FOTO
Sevil və Sevinc, Nadir, Rəqsanə, Fatimə əsgərlərlə - FOTO
Sevil və Sevinc, Nadir, Rəqsanə, Fatimə əsgərlərlə - FOTO
Sevil və Sevinc, Nadir, Rəqsanə, Fatimə əsgərlərlə - FOTO
Sevil və Sevinc, Nadir, Rəqsanə, Fatimə əsgərlərlə - FOTO