Lent.az-ın layihəsi Milan teatrında - FOTO

Lent.az-ın layihəsi Milan teatrında - FOTO
15:54 20 Fevral 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən isə Milan şəhər nəqliyyatına məxsus 200-dək nəqliyyat vasitəsi xəttə Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar

İtaliyanın Milan şəhərinin "Teatro Filodramattici" teatrında Xocalı faciəsinə həsr olunmuş "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək. Lent.az-ın “Əsir gündəliyi” layihəsinin epizodları əsasında hazırlanmış tamaşanın rejissoru Nihad İsadır. Tamaşada tanınmış italyan aktyorlar yer alıb və italyan dilində olacaq.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşadan başqa Milnada Xocalı faciəsinə həsr olunmuş sərgi də keçeriləcək. Sərgidə faciənin ağrılarını əks edtirən 40-a yaxın foto yer alacaq.
Bu gündən etibarən isə Milan şəhər nəqliyyatına məxsus 200-dək nəqliyyat vasitəsi xəttə Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.

Şəhərin izdihamlı yerlərində faciə ilə bağlı bukletlər də paylanır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR