Ağstafada 16 min 293 nəfər tibbi müayinədən keçirilib

Ağstafada 16 min 293 nəfər tibbi müayinədən keçirilib
16:33 20 Fevral 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 20 fevral, Famil Quliyev, AzərTAc
Dövlətimizin başçısının tapşırığına əsasən ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi aksiyası Ağstafa rayonunda da uğurla davam etdirilir. Bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı, peşəkar həkimlərdən ibarət 4 həkim briqadası təşkil edilib.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Həcər Namazova AzərTAc-a bildirib ki, indiyədək 16 min 293 sakin müayinə olunub. Xəstəlik aşkarlanan rayon sakinləri müvafiq müalicə prosesinə cəlb edilirlər.
Müayinədən keçən Rizvan Tağıyev əhalinin sağlamlığının qorunması üçün təşkil edilən bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_16_min_293_nefer_tibbi_muayineden_kechirilib-833675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR