Bakı. 12 aprel. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe ən qısa zamanda Rusiyaya səfər edəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xairici işlər naziri Sergey Lavrov Monqolustan, Yaponiya və Çin KİV-inə müsahibəsində bildirib.
"Baş nazir Abe Rusiyaya səfər etməkdə maraqlı olduğunu deyib. Biz ona səfərin tarixini dəqiqləşdirməsini təklif etmişik. Fikirmcə, bu səfər ən qısa zamanda baş tutacaq", - deyə Sergey Lavrov vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Yaponiya hökuməti başçısının Rusiyaya səfəri təxirə salınıb.