Aprelin 19-da Mədəniyyət və Turizm Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirəcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, konfrans Tərtər rayon Gənclər Mərkəzində baş tutacaq. Tədbirdə Ulu Öndərin dövlətçilik tarixindəki xidmətləri ilə yanaşı, ölkəmizin inkişafındakı yorulmaz fəaliyyətindən söz açılacaq.