Azərbaycan aliminin həmmüəllifi olduğu elmi məqalə Böyük Britaniyada dərc edilib

Azərbaycan aliminin həmmüəllifi olduğu elmi məqalə Böyük Britaniyada dərc edilib
17:48 20 Fevral 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Tovuz rayonundakı Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkarlanan qədim bitki qalıqları analizlərinin nəticələri ilə bağlı elmi məqalə Böyük Britaniyada nəşr olunan impakt faktorlu “Journal of Achaeological Science-Elsevier” beynəlxalq elmi jurnalında dərc edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan AzərTAc-a bildiriblər ki, bu elm müəssisəsinin şöbə müdiri, abidədə aparılan tədqiqatların rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Yaponiyanın, ABŞ-ın və İspaniyanın paleobotanika elmləri üzrə aparıcı mütəxəssisləri - Yoşihiro Nişiaki, Çie Akaşi, Seici Kadovaki, Liza Maher, Marta Portillo və Roza M.Albert məqalənin həmmüəllifləridirlər.
Məqalədə qeyd olunur ki, Göytəpə yaşayış məskəninin tədqiqatları zamanı aşkarlanan, gildən hazırlanmış təsərrüfat quyularının içərisindəki torpağın tərkibinin geoarxeoloji və paleobotanik analizləri emal prosesində əldə edilən taxıl, buğda və arpa qalıqlarını (dənli bitkilərin qabıqdan çıxarılması və üyüdülməsi prosesinin nəticələri ) müəyyənləşdirib. Beləliklə, dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılan analizlərin nəticələri Göytəpə yaşayış məskəni materialı timsalında neolit dövründə Azərbaycanda qabaqcıl əkinçiliyin olduğunu, qədim yerli əhali tərəfindən artıq mədəni bitkilərin yetişdirilməsini və istifadəsini göstərib. Alınan nəticələr, həmçinin neolitdə Azərbaycan əhalisinin dövrü üçün qabaqcıl aqrotexniki bilik və təcrübəyə malik olması barədə fikir yürüdülməsinə təkzibedilməz əsas verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_aliminin_hemmuellifi_oldugu_elmi_meqale_Boyuk_Britaniyada_derc_edilib-833721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR