Muzeydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı anım tədbiri keçiriləcək

Muzeydə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı anım tədbiri keçiriləcək
17:48 20 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 25-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi (MATM) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız....” adlı anım tədbiri keçiriləcək.
MATM-dan AzərTAc-a bildirilib ki, muzeyin konfrans zalında “İçərişəhər” Tarixi Muzeyi tərəfindən hazırlanmış roll-up stendlərində Xocalı faciəsini əyani olaraq göstərən fotolar nümayiş olunacaq.
Tədbirdə müvafiq videokadrlar, sənədli filmlərdən parçalar, slayd film təqdim ediləcək, bu qanlı tarixi faciəni əks etdirən məruzələr dinləniləcək, soyqırımı qurbanlarının başlarına gətirilən müsibətlərdən söhbət açılacaq, dünya ictimaiyyətinin erməni millətçilərinin törətdikləri cinayətlərə diqqəti cəlb etmək məqsədilə keçirilən tədbirlərdən danışılacaq.
Anım tədbirində Bakı Uşaq Teatrının “Günay” uşaq studiyası tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Larisa Tarusovanın bədii rəhbərliyi ilə “Cavab ver” bədii kompozisiyası ifa olunacaq. Bədii kompozisiyası Azərbaycan Yazıçılar İttifaqının üzvü Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında hazırlanıb.
M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzeyde_Xocali_faciesinin_23_cu_ildonumune_hesr_edilmis_Xocalisiz_adli_anim_tedbiri_kechirilecek-833719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR