Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib.
Axşam.az-ın məlumatına görə, müğənni Əsgər marşı" ifa edib. Xalq artisti açıqlamasında marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu deyib:
"Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da "Əsgər marşı" çox uğurlu alınıb".
Aygün Kazımova bu ruhda olan layihəsinin ardının gələcəyini açıqlayıb:
"Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq. Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur. Bir az xəttdə qalın...".
Qeyd edək ki, Aygün Kazımova yaxın günlərdə "Əsgər marşı"nın klip çəkilişlərinə başlayacağını əlavə edib.