Bu gün dünyanın ən böyük derbilərindən biri baş tutacaq. Fanat.az xəbər verir ki, Türkiyə Super Liqasının XXVI turunun matçında "Qalatasaray" - "Fənərbaxça" matçı keçiriləcək.

Əslində, bu matç martın 20-də baş tutmalı idi. Amma həmin gecə "Türk Telekom Arena"da terror təhlükəsi olduğundan qarşılaşma təxirə salınmışdı. Bu gecə eyni məkanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20.30-da çalınacaq.

Qeyd edək ki, bu komandalar arasında 382-ci qarşılaşma olacaq. İlk dəfə 1909-ci ilin 17 yanvarında qarşılaşan əzəli rəqiblərin 107 illik rəqabətində "Fənərbaxça" 144, "Qalatasaray" 122 qələbə qazanıb, 115 görüşdə qalib müəyyənləşməyib. Top fərqi də "sarı-lacivərdlilər" üstündü - 529:481.

Əzəli rəqiblər 58-ci mövsümü keçirilən ölkə çempionatında 117 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Fənərbaxça" 48, "Qalatasaray" 33 qələbə qazanıb, 36 matç "sülh"lə bitib. Top fərqi də "Fənər"in xeyirinədi - 151:116.

Onu da qeyd edək ki, "Fənərbaxça" cari mövsüm keçirdiyi 27 oyunda 60 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və 28 oyunda 66 xal qazanan lider "Beşiktaş"dan 6 xal geri qalır. Uğursuz mövsüm keçirən "Qalatasaray" isə 27 oyundan sonra 40 xalla 7-ci pilləni tutur.

Türkiyə
Super Liqa
XXVI tur

13 aprel
20.30 Qalatasaray - Fənərbaxça
Qalatasaray (gözlənilən heyət): Fernando Muslera, Cason Denayer, Hakan Balta, Sabri Sarıoğlu (Semih Kaya), Rayan Donk, Selcuk İnan, Olcan Adın, Uesli Sneyder, Lukas Podolski, Yasin Öztekin, Umut Bulut.
Fənərbaxça (gözlənilən heyət): Volkan Demirel, Bruno Alveş, Simon Kyaer, Gökhan Gönül, Mehmet Topal, Jozef de Souza, Caner Erkin, Dieqo, Volkan Şen, Nani, Robin van Persi.
Hakimlər: Mete Kalkavan, Aleks Taşçıoğlu, Esat Sancaktar, Talqa Özkalfa.
Əlavə köməkçi hakimlər: Sarper Barış Saka, Burak Taşkınsoy.
İstanbul. "Türk Telekom Arena".

1.

Beşiktaş

28

21

3

4

61:28

66

2.

Fənərbaxça

27

18

6

3

44:21

60

3.

Konyaspor

28

15

8

5

34:28

53

4.

Başakşəhər

28

12

9

7

43:31

45

5.

Kasımpaşa

28

12

7

9

34:31

43

6.

Osmanlıspor

28

11

8

9

42:29

41

7.

Qalatasaray

27

10

10

7

54:41

40

8.

Akhisar B.

28

10

10

8

34:33

40

9.

Bursaspor

28

12

2

14

36:44

38

10.

Trabzonspor

28

11

4

13

33:38

37

11.

Gənclərbirliyi

28

10

5

13

31:35

35

12.

Antalyaspor

28

8

9

11

40:45

33

13.

Qaziantepspor

28

8

8

12

26:38

32

14.

Ç.Rizəspor

28

7

10

11

35:37

31

15.

Kayserispor

28

5

11

12

19:27

26

16.

Sivasspor

"Qalatasaray" "Fənərbaxça": 382-ci Qarşılaşma YENİLƏNİR
Müəllif Metbuat.az
Qaynar xətt 0552252950
Lukaku milli komanda karyerasını yekunlaşdırdı
Həmçinin oxu

Lukaku milli komanda karyerasını yekunlaşdırdı

fanat.az

DİGƏR XƏBƏRLƏR

Daha çox »