Elnuru təhqir edən türk yazar üzr istədi, yazı silindi - FOTO

Elnuru təhqir edən türk yazar üzr istədi, yazı silindi - FOTO
18:12 20 Fevral 2015
88 Şou
Ölkə mətbuatı
A- A+

"Hər kəsə, bütün azərbaycanlı qardaşlarıma sevgi və sayğılarımı yollayıram. Yanlış anladılar məni. Zatən, o yazını yazanda bilirdim ki, belə olacaq".
Bu sözləri Türkiyənin “Radikal” qəzetinin yazarı, jurnalist Bülənt Eriş Twitter-dəki profilində yazıb.
 
O, azərbaycanlılar qarşısında üzrxahlıq edib.
 
Xatırladaq ki, B.Eriş ötən gün yayımladığı yazısında Elnurun istedadını şübhə altına alıb. Ən pisi isə onun adını 2012-ci ildə “Yetənək sizsiniz”də birincilik qazanmış Meks adlı itlə yanaşı çəkməsi olub. O, köşə yazısının adını məsxərə ilə “Keçmişdə Meks adlı it, bu gün azəri Elnur” olaraq qələmə alıb.
 
B.Eriş Elnur Hüseynovun qalib seçilməsində Ebru Gündeş və həyat yoldaşı Rza Zərrabın xüsusi rolu olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlı ifaçıya milyonlarla dollar dəyərində olan dəstək SMS-nin bir nömrədən göndərilə biləcəyini iddia etmişdi.
 
Bu gün "Radikal" qəzetinin saytında B.Erişin "Geçmişte köpek Max, bugün Azeri Elnur" məqaləsi silinib.
 
Əldə etdiyimiz məlumata görə, qəzet rəhbərliyi yazı ilə bağlı çox sərt təpkilər aldığından belə addım atıb.
 
Milli.Az
 
Böyütmək üçün şəkilə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR