"Report" xəbər verir ki, bu barədə Obama Vaşinqtondakı çıxışında danışıb.
"Biz müttəfiqlərimizlə terrorçuların Suriyaya və İraqa girməsini məhdudlaşdırdıq. Amma İŞİD döyüşçülərinin sayının artdığını görürük. Onlar Liviyaya istiqamətlənirlər.
İŞİD-i Liviyadan çıxarmaq üçün arsenalımızdakı bütün vasitələrdən istifadəni davam etdirəcəyik. Biz Liviyanın öz ölkəsinin təhlükəsizliyi üzərində işləyən hökumətinə kömək edirik" - deyə ABŞ prezidenti bildirib.
Obama əlavə edib ki, ABŞ və digər ölkələrin kəşfiyyatı bir çox terrorçunun Avropa ölkələrinə daxil olmasının qarşısını alıb.