Azərbaycan prezidenti “Kitabi-Dədə Qorqud”un nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb

19:52 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 19:47 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Prezident yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün təqdim etməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR