Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Fevral
20:19 20 Fevral 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

İordaniya və Misirin İŞİD mövqelərini bombalamasının ardınca ABŞ-ın İraq və Suriyada quru əməliyyatlarına başlamaq niyyəti bir gerçəyi göstərir - İŞİD gücünü itirməkdədir. Kobani məğlubiyyətindən sonra mövqelərini bir-bir əldən verən terror təşkilatı qorxu yaratmaqla gündəmdə qalmağa çalışır. ABŞ-ın İŞİD strategiyası terrorçulara qarşı yerli qruplaşmaları silahlandırmaqdan ibarətdir. Kürd peşmərgələrin qəfil aktivləşməsi bu strategiyanın tərkib hissəsi sayıla bilər. Peşmərgələrin ön plana çıxması ABŞ-ın Yaxın Şərq siyasətində kimə “stavka” edəcəyini təxmin etməyə əsas verir. Vaşinqtonun Şərq siyasəti dəyişməyib və bu siyasətdə yenə də öncüllük kürdlərə verilir. Maraq kəsb edən digər məqam var - son dağıdıcı zərbələr İŞİD-in yenilməz olması təsəvvürlərini dağıtdı. Buna rəğmən ABŞ-ın İŞİD-i beş ilə məhv edəcəyik bəyanatı, terror təşkilatına beş il yaşama hüququ tanıması təəccüb doğurur. Belə çıxır ki, İŞİD həm də ABŞ-a Yaxın Şərqdə balansı qorumaq üçün lazımdır. Siyasət doğrudan da iyrənclikdir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194095

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR