Kriştianu Ronaldudan yeni rekord

21:23 20 Fevral 2015
54 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.
AzərTAc xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqası yarışlarının pley-off mərhələlərində ən çox qələbə qazanan oyunçu olub. “Real”ın Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Şalke” ilə oyunda 2:0 hesabı ilə qazandığı qələbə komandanın pley-off mərhələlərində 28-ci zəfəri olub. Bu göstərici ilə 30 yaşlı futbolçu “Mançester Yunayted”in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Hollandiyalı qolkiper pley-off mərhələlərində 27 qələbə sevinci yaşamışdı.
“Şalke” ilə oyunda vurduğu qol Ronaldunun Çempionlar Liqasının pley-off mərhələlərində 35-ci qolu olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kristianu_Ronaldudan_yeni_rekord-833828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR