Məşhur aktyor Şon Penn Fransa Prezidenti Fransua Ollandın dəvəti ilə bu gün Yelisey sarayına gəlib.
Axşam.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, prezident aktyorla onun xeyriyyə fəaliyyətindən və Haitidəki vəziyyətlə bağlı söhbət edib. Görüşdə təkcə Ş.Pennin Haitidə zəlzələdən əziyyət çəkənlərə yardım üçün yaratdığı “Help Haiti” fondunun işlərinə deyil, qlobal istiləşmə, insan hüquqları və terrorizmlə mübarizə məsələlərinə də toxunulub.
Bundan başqa, Olland aktyoru “Sezar” mükafatlarında “Kinematoqrafiyaya böyük töhfəsinə görə” kateqoriyasına namizəd olduğu üçün təbrik də edib.
