Gəncədə maşın 72 yaşlı qadını vurdu

Gəncədə maşın 72 yaşlı qadını vurdu
23:39 20 Fevral 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 20-də şəhərin Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Vasif Nəsirov yolu keçmək istəyən şəhər sakini, 1943-cü il təvəllüdlü Sədaqət Hacı qızı Hacıyevanı vurub.

 

Qadın ağır vəsiyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması və ayağında sınıq xəsarəti alan S. Hacıyeva reanimasiya şöbəsinə köçürülüb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirilər. Hadisəyə səbəb kimi hava şəraitinin pis olması göstərilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.                                                                               


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR