Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər
00:17 21 Fevral 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 00:12 ]

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

 

“Söhbət zamanı P.Poroşenko və C. Bayden Minsk razılaşmalarından sonra Donbasdakı vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin mövqelərin əlaqələndirilməsinin vacibliyini qeyd edərək ABŞ, Avropa İttifaqı və Ukraynanın gələcək addımlarını müzakirə ediblər. Bununla bağlı Ukrayna prezidenti israr edib ki, vəziyyət sabitləşmədiyi halda ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirməli, eyni zamanda, Ukraynanın  müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirməlidir”, sənəddə deyilir.

 

Tərəflər həmçinin Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsinə toxunaraq bununla bağlı hazırlıq və koordinasiya məsələlərini müzakirə ediblər.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR