"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxış iclası aprelin 25-ə təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci il Qobustan rayonunda baş verib. Rayon sakini İ.Hümbətov qonşusu Nicat Cəbrayılov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, qonşular arasında mübahisə olub və N.Cəbrayılov İ.Hümbətovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən İ.Hümbətov bıçağa əl atıb. Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş İ.Hümbətov tutulub.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürmə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsai ilə ittiham edilib.