Samirə ilə Ceyhunun duetinin klipi təqdim olundu - VİDEO - FOTO

Samirə ilə Ceyhunun duetinin klipi təqdim olundu - VİDEO - FOTO
10:27 21 Fevral 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar mədəniyyət işçisi, aşıq sənətini öz yaradıcılığında layiqincə təbliğ edən, həmçinin müğənni kimi yetərincə dinləyici rəğbəti qazanmış Samirə Əliyeva ilə "Qala" qrupunun solisti, istedadlı bəstəkar-müğənni Ceyhun Əliyev "Xoşbəxt oluram" adlı duetlərinə klip çəkdirmək üçün kamera qarşısına keçdikləri barəsində mediada kifayət qədər xəbərlər yayılıb.

Milli.Az-ın məlumatına görə, sözləri idmançı və məşqçi kimi tanınan Anar Süleymanova, musiqisi Ceyhunun özünə, aranjmanı Rəşad Hüseynə məxsus olan klip bu gün internet istifadəçiləri üçün təqdim olundu. Kino effekti yaradan "4K" kamerası ilə çəkilmiş ekran işinə populyar azərbaycanlı rejissor Delee quruluş verib. Klipdə istifadə olunmuş geyimlərin ideya müəllifi Amerikada peşəkar stilistlərdən təhsil almış həmyerlimiz Səbinə İsmayılovadır.

Hər iki müğənninin obrazına rəng qatan qrimləri edən də məhz bu xanımdır. Təmiz və saf sevginin canlandırıldığı klipdə süjet xətti olmasa da, Ceyhun və Samirə 1940-cı illəri xatırladan görüntülərdə aktyorluq bacarıqlarını mükəmməl şəkildə nümayiş etdirirlər.

Yayımladığımız videoda "Xoşbəxt oluram" vizual məhsulunu izləyə bilərsiniz.

Elşən İmanov
Milli.Az






Videonu izləmək üçün şəkilə klikləyin.

фото







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR