A–
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 21-də Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabda Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş qanlı daşnak-bolşevik rejiminin 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirməsindən, on minlərlə dinc, silahsız türk-müsəlman əhalisinin, o cümlədən uşaqların, qadınların və qocaların etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetirilməsindən bəhs olunur.
AZERTAG.AZ :“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimatı olacaq