Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın gənc rəssam tərəfindən çəkilmiş portreti Teatr Muzeyinə hədiyyə olunacaq.
Bu barədə "Report"a Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova məlumat verib.
"Nəsibə xanımın yubileyi ilə bağlı Suraxanı rayon Heydər Əliyev Mərkəzində maraqlı tədbir keçirildi. Həmin tədbirdə Mərkəzin kollektivi adından mənə Nəsibə xanımın portretini hədiyyə olundu. Portret çox yaxşı çəkilib. Bəyəndim. Gələcəkdə həmin porteti Azərbaycan Dövlət Teatr Muzeyinə hədiyyə etmək fikrindəyəm", - deyə o bildirib.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib və tədbirdə Mərkəzin gənc rəssamı Aynur Novruzovanın çəkdiyi portret Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərovaya hədiyyə edilib.