Vətəndaşlar iranlı həkimlərdən nazirə şikayət etdilər

Vətəndaşlar iranlı həkimlərdən nazirə şikayət etdilər
16:14 21 Fevral 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabadda vətəndaşlar üçün qəbul keçirib. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbula müraciət etmiş 50 nəfər Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakini müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər. 

 

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini əvvəlki rayonlarda olduğu kimi, xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından fəsadlaşmış halda ölkəmizə dönmüş və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR