"Fənərbağça"nın ulduz futbolçusu Nani keçmiş klubu "Sporting"lə məhkəmədən qalib ayrılıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lissabon klubu təcrübəli yarımmüdafiəçinin "Doyen Sports" şirkətinə 1.8 milyon avro ödəyəcək. İdman Arbitraj Məhkəməsi (CAS) 2014/15 mövsümündə "Sporting"də icarə əsasında çıxış edən Naniyə məvacibinin ödənilməsi barədə qərar çıxarıb. "Manchester United" icarəyə göndərdiyi futbolçunun 5 milyon avroluq məvacibinin 3.2 milyonunu ödəmişdi. "Sporting" isə bütün məvacibin "qırmızı şeytanlar" tərəfindən ödənilməsini əsas gətirərək qalan vəsaiti Naninin hesabına köçürməmişdi.
Qeyd edək ki, "Sporting" və "Doyen Sports" arasında Markos Roxo ilə bağlı məsələ də mübahisəlidir. Lissabonlular iddia edir ki, sözügedən şirkət daha çox pul qazanmaq üçün Roxonu 2014-cü ildə "United"ə keçməyə inandırıb. "Doyen Sports" Roxonun 75% haqqına sahibdir.
Milli.Az