Azərbaycanda mobil internet stasionarı təxminən 50 faiz qabaqlayıb

Azərbaycanda mobil internet stasionarı təxminən 50 faiz qabaqlayıb
11:03 22 Fevral 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

"Ookla" şirkətinin Netİndex reytinqinə əsasən, Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində daxil olan internet-trafikin həcmi 2015-ci ilin yanvarında 16,4 faiz artıb. Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

"Ookla"nın məlumatına görə, 2015-ci ilin yanvar ayında mobil şəbəkədə daxil olan internet-trafikin sürəti 2014-cü ilin dekabrı ilə müqayisədə 7,3 Mbit/s-dən 8,5 Mbit/s-dək artıb.

Göstərilən dövr ərzində Azərbaycanın mobil şəbəkələrində xaric edilən trafikin sürəti 2,5 Mbit/s-dən 3,5 Mbit/s-ə qədər artıb.

Daxil olan mobil internet-trafikin sürəti yanvarda stasionar şəbəkə üzrə müvafiq göstəricini 49,1% üstələyib.

Netİndex reytinqinə əsasən, Azərbaycanda yanvar ayında stasionar şəbəkədə daxil olan genişzolaqlı internet-trafikin sürəti 7,5% artıb və 5,7 Mbit/s təşkil edib.

Azərbaycanda göstərilən dövrdə stasionar şəbəkədə xaric edilən trafikin sürəti 17,1% artıb və 4,1 Mbit/s təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2364693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR