"20 ildən artıqdır ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir. Yəni əgər bir ölkə dünya müdiriyyətinin qəbul etdiyi qətnamələri yerinə yetirmirsə, həmin ölkənin jurnalistikasının qarantiyası varmı ki, vahid standartdan çıxış edərək obyektiv münasibət bildirəcək. Onlar hadisələri Ermənistan rejminin fəaliyyətinə uyğun işıqlandırırlar".
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr" mövzusunda sessiyada çıxışı zaman deyib.
Ə.Həsənov bildirib ki, nə qədər ki, dünyada jurnalistikanın vahid davranış kodeksi müəyyən olunmayıb, jurnalistika subyektiv maraq dayıcısı olmaqda davam edəcək.
Milli.Az