Həyəcan və depressiyadan onlar qoruyur

Həyəcan və depressiyadan onlar qoruyur
19:27 2 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Probiotiklər - tərkibində canlı mikroorqanizmlər olan dərman preparatları və ya qida əlavələridir. Oksford Universitetinin alimləri ortaya çıxarıblar ki, bioloji aktiv əlavələr (BAƏ) - probiotiklər insanların emosional informasiyanı "emal" etmələrinə təsir göstərir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bundan başqa, onlar həyəcan və depressiya səviyyəsini endirir.

Alimlər ehtimal edirlər ki, bağırsaq bakteriyaları immun sisteminə, sonuncu isə, bəllidir ki, beyinə təsir edir. Təcrübə zamanı qida əlavələri istifadə edən insanlar plasebo qəbul edənlərə nisbətən mənfi informasiyaya az, müsbət informasiyaya isə daha çox diqqət ediblər.

Depressiya və ağır pozuntulardan müalicə alanlarda da müsbət effekt müşahidə edilib. BAƏ-probiotik qəbul edənlər təhdid və neqativ hallara görə daha az narahat olublar. Probiotiklərin beyinə bu cür təsirini tədqiqatçılar dəqiq izah edə bilmirlər. Mümkündür ki, burada əsas rolu bağırsaqdan sensor informasiyanı beyinə daşıyan hərəki nerv oynayır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/316909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR