Məşhur sovet jurnalisti, beynəlxalq icmalçı Valentin Zorin vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, V.Zоrin 1925-ci il fevralın 9-da Moskvada anadan olub. O, Şarl de Qoll, İndira Qandi, Marqaret Tetçer, Con Kennedi, Duayt Eyzenhauer, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan, ata Corc Buş, Nikita Xruşşov, Leonid Brejnev, Yuri Andropov, Mixail Qorbaçov kimi dünya liderləri ilə söhbətləşib, bəzi yüksək səviyyəli görüşlərdə ekspert kimi çıxış edib.

V.Zorin bir neçə kitabın müəllifidir.

Milli.Az