Azərbaycanda polis əməkdaşı özünü güllələdi

Azərbaycanda polis əməkdaşı özünü güllələdi
13:49 22 Fevral 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

O, tapançanı başına dirəyərək atəş açıb

Ağsu rayonunda polis əməkdaşı intihar edib.

 

Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.

 

Ağsu Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayılı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.

 

Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR