Polis əməkdaşı iş yerində özünü güllələdi

Polis əməkdaşı iş yerində özünü güllələdi
14:37 22 Fevral 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda polis əməkdaşı intihar edib.

Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb.
 
Ağsu Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb.
 
Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/326000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR