"Sən xətdə qal..."

"Sən xətdə qal..."
15:52 22 Fevral 2015
105 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı qara təslim oldu: qaz, işıq, su olmayan rayonlar...
Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında da qəzalara səbəb olub.

Virtualaz.org saytı xəbər verir ki, Bakı və ətraf qəsəbələrin əksəriyyətində qaz, işıq və suyun kəsilməsi müşahidə olunur. Bu kəsintilər dünən axşam saatlarından başlayıb.

Ən əsas problem isə işıqla bağlıdır. Paytaxtda və ətraf rayonlarda dünən axşam saatlarından başlayaraq elektrik xətlərində əvvəlcə qısaqapanmalar meydana gəlib, daha sonra elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi rayonlarda isə qısaqapanmalardan sonra işıq tam kəsilib.

Bakının Suraxanı, Sabunçu, Xətai, Xəzər, Binəqədi, Nizami, Pirallahı və digər rayonlarında qaz və işığın verilməsində fasilələr var.

Oxucuların virtualaz.org saytına verdikləri məlumata görə, hazırda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi massivində işıq yoxdur.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi daxil olmaqla böyük bir ərazidə də işıq yoxdur.

Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsinin bir çox yerlərində qaz və işıq yoxdur,

Binəqədi rayonunun mərkəzdən kənar ərazilərində qaz və işıq yoxdur, Xəzər rayonunun müxtləif qəsəbələrində, məsələn, Mərdəkanda, Qala qəsəbəsində qaz olsa da işıq yoxdur.

Xətai rayonunun bir çox yerlərində - Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində işıqlar kəsilib, qaz isə azalıb.

Novxanı qəsəbəsində qaz və işıq kəsilib.

Balaxanı, Hövsan qəsəbələrində də qaz və işıq kəsintiləri müşahidə olunur.

Sakinlərin bu yaxınlarda adı dəyişib “Azərişıq” olan və bütün ölkə boyu elektrik enerjisinin satışı səlahiyyətlərini əldə edən keçmiş “Bakıelektrikşəbəkə”yə qəza barədə məlumat vermək üçün göstərdikləri səylər nəticə vermir.

Dünən axşamdan etibarən “Azərişığ”ın 199 qaynar xətti zəngləri qəbul etmir, qəbul edəndə isə bildirilir ki, xətlərdə həddən artıq yüklənmə var və problemin aradan qaldırılması üçün işlər görülür.

Evlərin əksəriyyətinin istilik sistemi ilə qızdırıldığı nəzərə alsaq, elektrik enerjisinin kəsilməsi bu ərazilərdə sakinlərin donma təhlükəsi ilə üzləşməsi deməkdir.

İşığın verilməsində yaranan fasilələr əhalinin istilik əldə etməsi üçün daha çox qazdan istifadə etməyə məcbur edir. Bu səbəbdən paytaxta və ətraf rayonlara verilən qazın həcmi azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/326007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR